Polisdən ƏMƏLİYYAT: Saxlanılanlar var

Polisdən ƏMƏLİYYAT: Saxlanılanlar var
Aprelin 5-də və 6-da ölkə ərazisində qeydə alınan 90, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb.

Şərhlər (0)

şərh əlavə et